Azərbaycan

 

8 sentyabr 1903 – Əməkdar artist Dadaş Kamil oğlu Şaraplı (Məmmədov; 1903-1959) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub.

8 sentyabr 1906 – Xalq artisti Yelena Vladimirovna Taryeva (1906-1962) Odessada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1938-ci ildən) olub.

8 sentyabr 1949 – Əməkdar incəsənət xadim Hüseynağa Ağahüseyn oğlu Atakişiyev (1949 – 9.4.2006) Bakıda anadan olub. Şəki Dövlət, Akademik Milli Dram teatrlarında baş rejissor işləyib. 1989-cu ildə Gənclər Teatrını (2009-cu ildə Gənc Tamaşaçılar Teatrına birləşdirilib) yaradıb. “Üzeyir ömrü” (1981) filmində çəkilib.

8 sentyabr 1982 – Xalq artisti, teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (25.12.1909 – 1982) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi” filmində M.Ş.Vazeh rolunda çəkilib.

8 sentyabr 2015 – Xalq artisti, tanınmış kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (28.5.1927 – 2015) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Filmlərdə musiqiləri ifa edib.

 

9 sentyabr 1937 – Əməkdar mədəniyyət işçisi Aybəniz Səməd qızı Vəkilova (1937 – 13.6.2009) anadan olub. Səməd Vurğunun Ev-Muzeyinin baş mühafizi və direktoru (2006-2009) işləyib.

9 sentyabr 1939 – Xalq artisti İrina Aleksandrovna Perlova (1939 – 14.9.2010) anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (rus bölməsi) quruluşçu rejissor işləyib.

9 sentyabr 1991 – Dünya şöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (17.11.1906 – 1991) vəfat edib. “Azərbaycan xalçalarında ornament”, “Azərbaycan xalçası” çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub.

9 sentyabr 2014 – Xalq artisti İbrahim Əhməd oğlu Məmmədov (Bənəniyarlı; 22.12.1934 – 2014) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

 

10 sentyabr 1901 – Əməkdar artist, vokalçı Qulam Məşədi Kazım oğlu İsgəndərov (1901-1975)  Şamaxıda doğulub. Opera və Balet Teatrında çalışıb.

10 sentyabr 1917 – Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova (1917 – 24.11.1994) Naxçıvan MR Ordubad rayonunda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın ilk aktrisalarından olub.

10 sentyabr 1931 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil (Müğbil) Salman oğlu Əhmədov (1931 – 3.6.2006) Gəncədə doğulub. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.

10 sentyabr 2015 – Əməkdar rəssam Altay Ağasəid oğlu Səidov (1926 – 10.9.2015) vəfat edib. Gənc Tamaşaçılar Teatrında baş rəssam işləyib.

 

Dünya

 

8 sentyabr 1830 – Fransız şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1904) laureatı Frederik Mistral (Frederic Mistral; 1830-1914) anadan olub. Kitabları: “Mireyo”, “Qızıl adalar”, “Zeytun yığımı”.

8 sentyabr 1841 – Görkəmli çex bəstəkarı Antonin Leopold Dvorjak (1841-1904) anadan olub. 10 opera (“Su pərisi”, “Armida” və s.), 9 simfoniya, 5 simfonik poema və başqa əsərlərin müəllifidir.

8 sentyabr 1923 – Dağıstanın Xalq şairi Rəsul Həmzətov (1923 - 3.11.2003) anadan olub. Milliyətcə avardır. Kitabları: “Dostları qoruyun”, “Mənim Dağıstanım” və s. Şeirlərinə populyar mahnılar bəstələnib. Sosialist Əməyi Qəhrəmanı adına, Lenin mükafatına layiq görülüb.

 

9 sentyabr 1583 – İtalyan bəstəkarı, fuqa musiqi alətinin yaradıcılarından biri Cirolamo Freskobaldi (Girolamo Frescobaldi; 1583-1643) anadan olub.

9 sentyabr 1769 – Ukrayna ədəbiyyatının banilərindən biri, şair və yazıçı İvan Kotlyarovski (1769-1838) anadan olub. Əsərləri: “Üzü köçürülmüş Eneida”, “Natalka Poltavka” və s.

9 sentyabr 1828 – Böyük rus yazıçısı və mütəfəkkiri Lev Nikolayeviç Tolstoy (1828 – 20.11.1910) Tula quberniyasının Yasnaya Polyana kəndində doğulub. Əsərləri: “Ailə xoşbəxtliyi”, “Hərb və sülh”, “Anna Karenina”, “Dirilmə” (romanlar), “Kreyser sonatası”, “Kazaklar”, “Hacı Murad” (povestlər), “Canlı meyit” (pyes) və s.

9 sentyabr 1908 – İtalyan yazıçısı Çezare Paveze (Cesare Pavese; 1908-1950) anadan olub. “Yoldaş”, “Xoruz banlamayınca”, “Gözəl yay”, “Ay və tonqallar” və s. romanların müəllifidir.

 

10 sentyabr 1839 – Amerika filosofu, praqmatizm və semiotikanın banilərindən biri Çarlz Sanders Pirs (Charles Sanders Peirce; 1839-1914) anadan olub.

10 sentyabr 1872 – Rus yazıçısı, etnoqraf, səyyah, Uzaq Şərqin tədqiqatçısı Vladimir Arsenyev (1872-1930) anadan olub. Əsərləri: “Dersu Uzala”, “Tayqanın ortasında” və s.

10 sentyabr 1912 – Məşhur Danimarka karikaturaçısı Herluf Bidstrup (Herluf Bidstrup; 1912-1988) anadan olub.

10 sentyabr 1914 – Amerika kinorejissoru Robert Uayz (Robert Wise; 1914-2005) anadan olub. İki dəfə “Oskar” laureatıdır: “Vestsayd əhvalatı”, “Musiqi səsləri”.

10 sentyabr 1934 – Türk mənşəli (Krım tatarı) Ukrayna bəstəkarı Alemdar Karamanov (1934-2007) anadan olub. Əsərləri: “Ay dənizi” simfoniyası, “Məhəbbətdən güclü” baleti və s.

Hazırladı:  Vüqar ORXAN