Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) mətbuat xidmətindən məlumat verilib.

ARKİ-nin sədri, Xalq artisti, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi komissiyanın iclasında qəbul olunan qərara əsasən, 2020–2021-ci illərdə çəkilmiş filmlər prodüserlər tərəfindən 1 nüsxə DVD formatında komissiyaya təqdim olunmalıdır. Filmlər komissiyaya sentyabrın 20-dək qəbul olunur.