Sentyabrın 1-dən 11-dək davam edən 78-ci Venesiya Beynəlxalq Film Festivalının qala mərasimində qaliblər elan olunub.

Festivalının əsas mükafatını – “Müqəddəs Markın qızıl şiri”ni fransız xanım rejissor Odri Divanın “Hadisə” filmi qazanıb. “Ən yaxşı rejissor” nominasiyasında “Gümüş şir” mükafatına “Köpəyin gücü” filminə görə Ceyn Kempion layiq görülüb. Venesiya Film Festivalı münsiflər heyətinin Qran-prisi “Allahın əli” filminə görə Paolo Sorrentinoya təqdim edilib. İspan aktrisası Penelopa Kruz həmvətəni Pedro Almodovarın “Paralel analar” filmindəki roluna görə “Volpi kuboku”na (“Ən yaxşı aktrisa”) layiq görülüb.

Qeyd edək ki, bu il festivalın əsas müsabiqə proqramına 21 film daxil edilmişdi.