Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni tədris ilinin başlanması və andiçmə mərasimi ilə əlaqədar bədii proqram keçirilib.

İdarədən bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcılar Könül Muxtarova və Ayaz Məmmədov Ali Hərbi Məktəbin şəxsi heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər. Vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət, qazandığı Zəfər xalqımızın qürur mənbəyidir. Aparıcılar müzəffər Azərbaycan Ordusunun gələcək peşəkar kadrlarına – kursantlara dərslərində uğurlar arzulayıblar.

Sonra müğənni Aysel Əlizadə kursantlar qarşısında çıxış edib. Proqrama qatılan sənətçilər sevilən mahnılarla, “Səma” rəqs ansamblı isə incə rəqsləri ilə izləyiciləri sevindirib.