İqtisadi Əməkdaşlıq Təşkilatının (Economical Cooperation Organization) nəşr etdirdiyi 545 səhifəlik “ECO Tourist Guide-Book” (“İƏT-in turist bələdçi kitabı”) kitabının 67 səhifəsi Azərbaycan Respublikasına həsr edilib. “Republic of AZERBAİJAN İntroduction” sərlövhəsi ilə başlanan bölmədə ölkəmizin qədim tarixini, milli mədəniyyət nümunələrini, tarixi abidələrini, müasir sosial-iqtisadi inkişafını, füsunkar təbiətinin göz oxşayan mənzərələrini əks etdirən şəkillər və onlar barədə ətraflı məlumat verilib. Bölmənin sonunda turistlər üçün nəzərdə tutulmuş sorğu və Azərbaycan-ingilis dillərində qısa danışıq lüğəti əksini tapıb.
   Kitabda ölkəmizə aid bölmədəki materiallar Azərbaycanın qədim və müasir tarixi, turizm imkanları, sosial-iqtisadi inkişafı barədə qiymətli mənbədir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim olunan Azərbaycan bölməsinin materialları ölkəmizin İrandakı səfirliyinin nəzarəti ilə işlənilib.