ABŞ-da fəaliyyət göstərən mehmanxanalar göstərdiyi xidmətlərə görə qiymətləri artırmaq niyyətindədir. Bunun əsas səbəbi isə 2011-ci ildə ABŞ-a biznes-qonaqların kütləvi axınının olması ilə əlaqədardır. Bir çox şirkət və təşkilatlar maliyyə böhranı dövründə təxirə saldıqları konfrans və iclasları 2011-ci ildə keçirmək niyyətindədir. Hotellərdə qiymətlərin artması kirayə ev təklif edənlərin xeyrinə olacaq. Belə ki, mehmanxanalarda qiymətlərin yüksək olması nəticəsində ABŞ-a gələn turistlər məhz kirayə evlər təklif edənlərə müraciət edəcək.
Qeyd edək ki, ötən il turistlər ən çox ABŞ-ın Vaşinqton, Nyu-York və San-Fransisko şəhərlərinin hotellərində qalıb. Los-Anceles və Las-Veqasda dörd ulduzlu hotelin orta qiyməti 100 ABŞ dollarından, Nyu-Yorkda 150 dollardan başlayır, üç ulduzlu hotellərin qiyməti isə 40-100 dollar arasındadır.
Fəxriyyə Abdullayeva