Rusiyalı mütəxəssis Musiqili Teatrda ustad dərsləri keçir

 

Mədəniyyət Nazirliyi və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) Səhnə hərəkəti və plastika kafedrasının müdiri Aydar Zakirovun rəhbərliyi ilə səhnə hərəkəti və qılıncoynatma fənləri üzrə ustad dərslərinə başlanılıb.

Mədəniyyət Nazirliyindən tərəfindən teatr peşələri üzrə mütəmadi olaraq, təlim və təcrübə mübadiləsi, ixtisasartırma, xaricdə təhsil imkanları yaradaraq, kadr potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən tədbirlər silsiləsindən olan ustad dərsləri sentyabrın 24-dək davam edəcək.

Qeyd edək ki, təlimlərdə ölkənin ayrı-ayrı teatrlarından gənc aktyorlar, xoreoqraflar, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəllim və tələbəsi də iştirak edir.