Tbilisi Azərbaycan Teatrı Əziz Nesinin əsərini səhnələşdirib

 

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının yaradıcı kollektivi tanınmış Türkiyə yazıçısı Əziz Nesinin “Öldür məni, əzizim” əsərini səhnələşdirib.

Bu barədə teatrın bədii rəhbəri Turqay Vəlizadə məlumat verib.

Onun sözlərinə görə, tamaşanın premyerası yaxın günlərdə Kote Marcanişvili adına Dövlət Dram Teatrının səhnəsində baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Giorgi Apxazavadır. Rolları Aida Tağıyeva, Leyla Qasımova və Telman İsfahanlı ifa edirlər.