Niderlandda Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsinə hazırlanmış poçt markası dövriyyəyə buraxılıb.

Marka 2004-cü ildən Niderlandda yaşayan həmvətənimiz, diaspor fəalı Səltənət Rəvanqızının müəllifi olduğu “Azərbaycan inciləri” layihəsi çərçivəsində buraxılıb. Niderland qanunlarına əsasən, vətəndaşlar dövlət səviyyəsində poçt markalarının buraxılmasını sifariş edə bilərlər. Bunun üçün markanın məzmunu haqqında dövlət orqanlarına məlumat verilir və bu məlumatlar yoxlanıldıqdan sonra çapına icazə verilir.

“Azərbaycan inciləri” layihəsi çərçivəsində buraxılan markalar artıq “PostNL” sistemində geniş istifadə olunur.