Yaponiyanın şimalındakı Hokkaydo adasında qar və buzdan hazırlanmış nadir hotel fəaliyyətə başlayıb. Hotel Yaponiyanın şimalına soyuqların gəlməsi və suların donmasından sonra inşa edilməyə başlamış və hava şarı formasında hazırlanıb. Diametri 15 metr olan hoteldə cəmi 1 nömrə fəaliyyət göstərir. Bu nömrədə masa, yataq, mebel vardır. Onların da hamısı buzdan hazırlanmışdır. Bununla belə, yataqda yalnız xüsusi hazırlanmış torbalarda yatmaq mümkündür. Hotelin divarının qalınlığı 15 santimetrdir. Bu qat çöldəki 20 dərəcə şaxtadan qorunmağa imkan verir. Buna baxmayaraq, hotelin içi çox soyuqdur - havanın temperaturu mənfi 3 dərəcədir.
Hoteldə 1 gecə qalmağın qiyməti 600 dollardır.