Hərbçilərə nümayiş olunub
Füzuli Dövlət Dram Teatrında 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir təşkil olunub. Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım Günü münasibətilə Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Bakıda keçirilmiş yürüşü əks etdirən videoçarx nümayiş olunub.
Sonra teatrın repertuarında olan Akif Həsənoğlunun “Yaddaş” tamaşası hərbçilərə təqdim edilib. Tamaşa xalqımıza Qələbə sevincini yaşadan şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşovadır. Rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Əli Hüseynov, Sevinc Məmmədova və başqaları çıxış edib.