Ceyms Bond haqqında çəkilən silsilə filmlərin 25-ci seriyasının dünya premyerası sentyabrın 29-da Londonda keçirilib.

“Ölmək vaxtı deyil” adlı filmin nümayişi Albert-hollda təşkil olunub.

Nümayişdən əvvəl filmin rejissoru Keri Fukunaqa, prodüserlər Maykl Vilson, Barbara Brokkoli, baş rolun ifaçısı Deniel Kreyq və Bondun sevgilisi rolunu oynayan fransalı aktrisa Lea Seydu qırmızı xalı üzərindən keçiblər. Tədbirin fəxri qonaqları arasında İngiltərə kral ailəsinin üzvləri – Uels şahzadəsi Çarlz və onun həyat yoldaşı Kamilla, həmçinin Kembric hersoqları Vilyam və Keyt olublar.

Qeyd edək ki, son 15 ildə Bondiana silsiləsindən filmlərdə baş rolu oynayan ingilis aktyor Deniel Kreyq ötən həftə “Britaniya Dəniz Qüvvələrinin Komandanı” fəxri adına layiq görülüb.

CAVİD