Dənizkənarı Milli Parkda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı fotosərgi təşkil edib.
Sərgi açıq havada “Park Bulvar” ticarət mərkəzinin yanındakı qalereyada nümayiş etdirilir. Sərginin məqsədi Aİ-nin Azərbaycandakı fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumatlandırmanı artırmaqdır.
Sərgidə nümayiş olunan 100-dən çox fotoşəkildə Avropa İttifaqının müxtəlif illərdə Azərbaycanda kənd yerləri və regionların inkişafı, ailə biznesi, inklüziv təhsil, qadın sahibkarlığı və s. kimi sahələrdə həyata keçirdiyi layihələr, müxtəlif növ mədəniyyət tədbirləri, həmçinin bu layihələrdən faydalanmış insanların uğur hekayələri öz əksini tapıb.
Sərgi bir ayadək davam edəcək.