Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçı-dramaturq Ülviyyə Heydərovanın “Pələng” monopyesi oktyabrın 7-17 oktyabr tarixində Türkiyənin Diyarbəkir şəhərində keçiriləcək “II SoloFest – Keçmişdən bu günə hekayə ənənəsi” Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edəcək.
Tamaşanın quruluşçu rejissor və plastik həlli aktrisa-rejissor Səbinə Məmmədzadəyə məxsusdur. Pələng rolunun ifaçısı Gənc Tamaşaçılar Teatrının aktrisası Zümrüd Quliyevadır.