Ədəbiyyat üzrə Nobel mükafatı Zanzibar əsilli yazıçıya verildi

 

2021-ci il üçün ədəbiyyat üzrə Nobel mükafatına Zanzibar əsilli ingilis yazıçı Abdulrazak Gurnah layiq görülüb.

Bu barədə oktyabrın 7-də İsveç Akademiyasının üzvləri Stokholmda baş tutan xüsusi tədbirdə məlumat verib.

Qeyd olunub ki, Abdulrazak Gurnah “müstəmləkəçiliyin nəticələrinə və mədəniyyətlər və qitələr arasındakı uçurumda bir qaçqının taleyinə yanaşmada barışmaz və şəfqətli mövqeyinə görə” bu mükafata layiq görülüb.

Abdulrazak Gurnah 1948-ci ildə Tanzaniyanın Zanzibar adasında ərəb əsilli müsəlman ailədə anadan olub. 1968-ci ildə Böyük Britaniyaya köçərək orada təhsilini davam etdirib. Hazırda orada yaşayır. “Cənnət”, “Fərarilik”, “Dəniz kənarında” və başqa əsərlərin müəllifidir.