Kosmosda ilk film çəkilir
“Roskosmos” Birliyinin və Rusiyanın “Birinci kanal” və “Yellow, Black and White” studiyasının birgə layihəsi olan “Çağırış” filminin kosmosda nəzərdə tutulan çəkilişləri başlayıb.
Oktyabrın 5-də Baykonurdan (Qazaxıstan) kosmosa uçan “Soyuz MS-19” gəmisi aktrisa Yuliya Peresild, rejissor Anton Şipenko və kosmonavt Anton Şkaplerovu beynəlxalq kosmik stansiyaya çatdırıb.
Qeyri-adi ekipajı stansiyanın komandiri Tomas Peske, kosmonavtlar Oleq Novitski və Pyotr Dubrov, yapon astronavtı Akihiko Hoside, ABŞ astronavtları Mark Vande Hay, Şeyn Kimbrou və Meqan MakArtur qarşılayıblar. Oktyabrın 6-da kinoekipaj çəkilişə başlayıb.
Peresild və Şipenko stansiyada 12 gün qalacaqlar. Çəkilişlərdə onlara Rusiya kosmonavtları kömək göstərəcəklər; onlar filmdə elə kosmonavt rollarını ifa edəcəklər. Vaxt başa çatandan sonra Yuliya Peresild ilə Klim Şipenko kosmonavt Oleq Novitski ilə “Soyuz MS-18”də Yerə qayıdacaqlar.
“Çağırış” kinematoqrafiya tarixində kosmosda lentə alınmış ilk bədii film olacaq. Ekran əsəri bir kosmonavtın həyatını xilas etmək üçün heç vaxt kosmosda olmayan bir həkim qadın haqqındadır.
GÜLCAHAN