İstanbulda növbəti “Beynəlxalq Anadolu Teatr Mükafatları”nın təqdimetmə mərasimi keçirilib.

Bu il yeddincisi gerçəkləşən tədbir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY, Dram Yazarları və Tərcüməçiləri Dərnəyi (OYÇD), Anadolu Uşaq Oyunları Qolu (AÇOK) və "Sənətə bəli" platforması tərəfindən təşkil olunub.

Mərasimdə teatr sənəti ilə bağlı müxtəlif nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim edilib.

"Teatr tənqidçisi" nominasiyası üzrə mükafata ölkəmizdən tanınmış teatrşünas alim, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov layiq görülüb.