Treyleri yayımlanıb

 

ABŞ-ın “20th Century Studios” kino şirkəti “Evdə tək” filminin remeykinin (yeni  versiyasının) treylerini yayımlayıb.

Ekran işində baş rolu 12 yaşlı aktyor Arçi Yeyts canlandırıb. Filmin premyerasının 12 noyabrda keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Arçi “Coco dovşan” filmində oynadığı obrazla tanınıb.

“Evdə tək” filmi 1990-cı ildə işıq üzü görüb. Makaley Kalkinin baş rolda çəkildiyi ekran əsəri ABŞ tarixində ən yüksək gəlirli Milad bayramı filmi olub. Film “Oskar” və “Qızıl qlobus” mükafatlarına  layiq görülüb.

Bu uğurdan sonra “Evdə tək-2: Nyu-Yorkda itirilmiş”, “Evdə tək-3”, “Evdə tək-4” və “Evdə tək-5: Bayram soyğunu” filmləri  çəkilib.

Yeni film “Evdə tək: ev, əziz ev” (“Howe Sweet Home Alone”) adlanır.

LALƏ