Belçikanın paytaxtı Brüsseldə Azərbaycan xalqının mədəni irsini təbliğ edən növbəti konsert olub.
Vokal sənətinin avropalı sərraflarının qarşısında Xalq artisti Alim Qasımov çıxış edib. Onu instrumental alətlərdə Müfadel Adhami, Matiaş Sədai, Vinsent Noiret və başqaları müşayiət ediblər.
Tamaşaçılar Orta əsrlər sufi poeziyasının nümunələri ilə tanış olublar. Tam anşlaq keçən konsert Şərq lirikasının belçikalı biliciləri arasında böyük maraq doğurub.