![](/img/news/700x420/5452.jpg)
Xatırladaq ki, “AİTF-2011” sərgisi aprel ayının 28-dən 30-dək keçiriləcək və sərgidə dünyanın müxtəlif yerlərindən 200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İlk dəfə olaraq, sərgi “Bakı Ekspo” mərkəzində təşkil olunacaq. Ötənilki sərginin uğuru bu il də uğurlu artım dinamikasını proqnozlaşdırmağa imkan verir. 2010-cu ildə keçirilmiş sərginin iştirakçıları olan bütün milli qruplar artıq “AİTF 2011” sərgisində iştirak edəcəklərini təsdiqləyiblər. Sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki adaları, Malayziya, Türkiyə və Çexiyanın milli stendləri iştirak edəcək.
Qeyd edək ki, bu il AİTF sərgisi 10 illik yubileyini qeyd edir. Yubileylə əlaqədar olaraq, təşkilatçılar sərginin işini müşayiət edəcək xüsusi proqram hazırlayıblar.