“AITF 2011” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin tərəfdaş ölkəsi artıq müəyyən edilib. «İteca Caspian» şirkətindən verilən məlumata görə, ikinci ildir ki, bu ada Türkiyə layiq görülür. Ənənəvi olaraq, sərgidə Türkiyənin turizm potensialı və ölkənin koloriti milli stenddə təqdim ediləcək. Bundan əlavə, “AİTF 2011” iştirakçılarının siyahısında Türkiyənin daha iki iri turizm operatoru da iştirak edir.
   Xatırladaq ki, “AİTF-2011” sərgisi aprel ayının 28-dən 30-dək keçiriləcək və sərgidə dünyanın müxtəlif yerlərindən 200-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İlk dəfə olaraq, sərgi “Bakı Ekspo” mərkəzində təşkil olunacaq. Ötənilki sərginin uğuru bu il də uğurlu artım dinamikasını proqnozlaşdırmağa imkan verir. 2010-cu ildə keçirilmiş sərginin iştirakçıları olan bütün milli qruplar artıq “AİTF 2011” sərgisində iştirak edəcəklərini təsdiqləyiblər. Sərgidə Yunanıstan, Gürcüstan, Hindistan, Mavriki adaları, Malayziya, Türkiyə və Çexiyanın milli stendləri iştirak edəcək.
   Qeyd edək ki, bu il AİTF sərgisi 10 illik yubileyini qeyd edir. Yubileylə əlaqədar olaraq, təşkilatçılar sərginin işini müşayiət edəcək xüsusi proqram hazırlayıblar.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar