Qazaxıstanın Türküstan şəhərində AMEN animasiya filmləri festivalı keçirilib. Özbəkistanlı rejissor Azizbek Muxamedovun “Təkərlər üstündə ev” cizgi filmi əsas mükafatı (“Ən yaxşı film”) qazanıb. Rejissorun “Sehrli tanbur” adlı digər filmi isə “Ən yaxşı quruluşçu rəssam” nominasiyasında qalib gəlib.

Qaliblər daha doqquz nominasiyada müəyyən edilib. Yerli animatorlar Tnışkali Tlegenov və Bekdos Sayatulla animasiya serialları üzrə, Başqırdıstan təmsilçisi Rim Şarafutdinov “Qızıl saray” əsəri ilə ən yaxşı rejissor kimi, tacikistanlı Lolisənəm Uluqova “Xuvaydo” cizgi filmi ilə ən yaxşı ssenari müəllifi kimi fərqlənib. 

Ümumilikdə festivala təqdim olunmuş 57 nümunədən 49-u təşkilatçılar tərəfindən  seçilərək müsabiqə proqramında iştirak edib.

GÜLCAHAN