Noyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyətimizin incisi – Qarabağ” adlı sərgi açılacaq.
8 Noyabr – Zəfər Gününə həsr edilən sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondlarından Qarabağın qədim tarixini, mədəniyyətini və incəsənətini özündə əks etdirən eksponatlarla yanaşı, Qarabağdan olan sənət dühalarımızın – Üzeyir Hacıbəylinin, Bülbülün və Niyazinin ev-muzeylərindən nümunələr təqdim olunacaq.
Sərginin məqsədi Qarabağa aid sənət incilərin nümayiş etdirmək, bölgədə və onun tacı olan Şuşa şəhərində mövcud olmuş ab-havanı, böyük sənətkarların yetişib boya-başa çatmasını şərtləndirən mühiti canlandırmaqdır.
“Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi 31 yanvar 2022-ci il tarixinədək ziyarət üçün açıq olacaq.