Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun magistri Şokir Xalikovun qısametrajlı “Messi” filmi “48 Hour Film Race” beynəlxalq kino layihəsində iki nominasiyanın qalibi olub.
Film son hadisələrlə bağlı Əfqanıstandan qaçan iki qardaş barədədir. Silahlıların təqib etdikləri qardaşların öz arzusuna çatması müşkül işə çevrilir. Lakin sonda onların sərhədi keçmək və dinc ölkədə yaşamaq istəyi reallaşır.
Qardaşların öz arzuları uğrunda həyat savaşı onların xeyrinə bitdiyi kimi, gənc rejissorun təhsilini davam etdirmək istəyi də yerinə yetib. Beynəlxalq layihənin mükafatları Şokir Xalikova Amerikada təhsil almaq imkanı verir.