Təcrübəli kitabxanaçı, uzun illər Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 4 nömrəli filialının müdiri vəzifəsində işləmiş Şəfiqə Xanəli qızı Babaxanova noyabrın 7-də, 63 yaşında vəfat edib.
Şəfiqə Babaxanova 24 oktyabr 1958-ci ildə Bakı şəhərində anadan olub. 1981-ci ildə N.K.Krupskaya adına Mədəni-Maarif Texnikumunu bitirib.
Əmək fəaliyyətinə 1976-cı ildə Qaradağ rayon MKS-nin 4 nömrəli filialında (Korgöz qəsəbə kütləvi kitabxanası) başlayıb və ömrünün sonunadək burada çalışıb. Bu illər ərzində işinin öhdəsindən layiqincə gələn nümunəvi bir kitabxanaçı olub.
Qaradağ rayon MKS-nin kollektivi Şəfiqə Babaxanovanın vəfatı ilə bağlı onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.