Mədəniyyət Nazirliyi yanında İctimai Şura Sumqayıt Dövlət Dram Teatrında görüş keçirib. Görüş zamanı “Teatr kollektivinin fəaliyyətinə yeni baxış” mövzusunda fikir mübadiləsi aparılıb.
İctimai Şuranın sədri Gəray Əlibəyli bildirib ki, biz milli mədəniyyətimizin müasir inkişaf konsepsiyasına dair təşəbbüs və ideyaları dəstəkləyir, təhlil edir və bu işlərin gerçəkləşməsi üçün təkliflərimizi Mədəniyyət Nazirliyinə təqdim edirik.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov da ölkəmizdə teatr sənətinin inkişafı ilə bağlı fikir və təklifləri nazirliyə təqdim etdiklərini deyib. Direktor onu da qeyd edib ki, aktyorların sənətkarlıq məharətini yüksəltmək üçün Mədəniyyət Nazirliyinin nəzdində Ali Teatr Məktəbinin təsis edilməsi daha effektiv olar.
Gəray Əlibəyli görüşün əhəmiyyətini vurğulayaraq yaradıcı kollektivlərlə belə müzakirələrin davamlı olacağını, təklif və təşəbbüslərin reallaşması üçün çalışacaqlarını bildirib.