Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı Şarl Perronun “Qırmızıpapaq” nağılı əsasında hazırlanmış tamaşanın premyerasını keçirib.
Premyera paytaxtın Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət sarayında baş tutub.
Tamaşanın müəllifi və rejissoru İlhamə Əhmədovadır. Səhnə əsərinin rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir. Rəqslərin quruluşu Könül Şahbazovaya məxsusdur.
Qeyd edək ki, tamaşa 5-10 yaşlı məktəblilər üçün nəzərdə tutulub.