ABŞ-ın Virciniya ştatında Azərbaycanın Zəfər Günü münasibətilə “Qarabağın ritmi” (“Rhythm of Karabakh”) adlı xeyriyyə konserti keçirilib.

“United Charities for Azərbaycan” tərəfindən təşkil olunan konsertdə Birləşmiş Ştatlarda yaşayan azərbaycanlı musiqiçilər – pianoçu Nərgiz Əliyarova, Ruslan Ağababayevin rəhbərlik etdiyi caz-trio, Xan Bəylinin rəhbərlik etdiyi etno-pop-rok qrupu çıxış edib.

Konsert Virciniya ştatının Aleksandriya şəhərində yerləşən Corc Vaşinqton memorial (George Washington Masonic National Memorial) binasının teatr zalında keçirilib. 200-dən artıq biletin satıldığı tədbirə bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri də qatılıb.

Konsertə bilet satışından toplanan vəsait Azərbaycanda şəhid və qazi ailələrinə yardım məqsədilə sərf olunacaq.