Xəbər verdiyimiz kimi, 3-7 sentyabr tarixində Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçirilmiş, 40 ölkədən 200-ə yaxın cizgi filmi təqdim edilmişdi.
Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə festivalın proqramına daxil olan filmlərin bir qisminin noyabrın 23-dən 25-dək Şəkidəki “ASAN Xidmət” Mərkəzində nümayişi təşkil olunub.
Bu barədə məlumat verən “Animafilm”in direktoru Rəşid Ağamalıyev bildirib ki, üç gün ərzində Şəkidə uşaqlar və böyüklər üçün ən maraqlı yerli və xarici cizgi filmləri nümayiş etdirilib. “Peri film” tərəfindən təşkil edilən seanslara giriş pulsuz (öncədən qeydiyyatla) olub. Eyni zamanda uşaqlar üçün “Şaxta Babanı kağızdan düzəldin” mövzusunda ustad dərsi keçilib.
LALƏ