Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının təşkilatçılığı ilə Nizami yurdunda ilk dəfə muğam müsabiqəsi keçirilir.
“Nizami ili” çərçivəsində təşkil olunan müsabiqənin dekabrın 6-da 1-ci seçim turu gerçəkləşib.
Xalq artistləri Şahnaz Haşımova, Adil Bayramov, Əməkdar artist Mahir Məmmədov, xanəndələr Vaqif və Şahin Mirzəyevlər, Samux rayon Qarayeri qəsəbə Uşaq musiqi məktəbinin direktoru Təvəkkül Hüseynovdan ibarət münsiflər heyəti ifaları dəyərləndirib.
Müsabiqədə Gəncə şəhəri, Bərdə, Samux, Goranboy, Gədəbəy, Kəlbəcər və digər rayonlardan 50 nəfər muğam ifaçısı iştirak edib. İfaçılar “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər – Sahil Quliyev) musiqi qrupunun müşayiəti ilə öz məharətlərini göstəriblər.
NURƏDDİN