Alman rəssamı Rembrandt van Reinin (1606-1669) “Gecə gözətçisi” tablosu kətanın yuxarı sol küncündəki qırışı aradan qaldırmaq məqsədilə qismən bərpa olunacaq.
“Biz inanırıq ki, bu, kətanın uzunmüddətli qalması üçün çox vacibdir. Qırışın aradan qaldırılması rəsmin səthini daha düz edəcək”, - deyə Niderland Dövlət Muzeyi Rəsmlərin konservasiyası şöbəsinin müdiri Petria Noble bildirib.
Agentliyin məlumatına görə, kətan yanvar ayında çərçivədən çıxarılaraq yenisinə salınacaq. Qüsur Niderland Dövlət Muzeyində aparılan təmir işləri səbəbindən yaranıb. Bu zaman rəsm Rembrandtın evindəki müvəqqəti qalereyaya aparılıb. Mütəxəssislər bildiriblər ki, kətanda qırışlar qalereyada hərarət həddindən artıq dəyişdiyinə görə yaranıb.