Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin (İWC) Azərbaycan nümayəndəliyi və Xətai Sənət Mərkəzinin nəzdindəki “Xətai akvarel qalereyası”nın təşkilatçılığı ilə yanvarın 23-də “Akvarel təəssüratları” adlı satış-sərgi keçiriləcək.

Beynəlxalq Akvarel Cəmiyyətinin 10 illik yubileyinə həsr olunmuş sərgi ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği, bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə keçirilir.

Xətai Sənət Mərkəzində açılacaq sərgidə iştirak etmək istəyən rəssamlar akvarel (sulu boya) texnikasında işlənmiş əsərlərinin keyfiyyətli fotosunu və özü haqda məlumatı (ad, soyad, əsərin adı və ölçüsü) iwsazerbaijan@gmail.com  e-mail ünvanına göndərməlidirlər.

Bir müəllif bir neçə iş göndərə bilər. Təqdim edilən əsərlər arasından sərginin təşkilatçıları tərəfindən hər müəllifin 1 və ya 2 əsəri sərgidə nümayiş olunmaq üçün seçiləcək.

Müraciətlər dekabrın 30-dək qəbul olunur. Sərginin iştirakçılarına hədiyyə və sertifikatlar təqdim ediləcək.