İstanbulda UNESCO-nun nəzdində fəaliyyət göstərən Dünya Rəssamlar İttifaqının üzvü Nərminə Nəcəfovanın sərgisi açılıb.
Rəssamın ilk fərdi sərgisində 34 əsəri nümayiş olunub. Türkiyədə Esmira Gül, həmçinin qardaş ölkədə fəaliyyət göstərən Rafiq Əziz kimi tanınmış rəssamlardan dərs alan Nərminə Nəcəfova deyib: “Uzun zamandır sərgi açmaq istəyirdim. Hər bir əsərimi çox sevirəm. Onları nümayiş etdirmək, insanlara təqdim etmək çoxdankı arzum idi. Azərbaycanda, o cümlədən doğma Qarabağda da sərgi keçirmək arzusundayam. Müəllimlərim mənə çox dəstək oldular. Onlara sonsuz təşəkkür edirəm”.
Sərgidə iştirak edən Rafiq Əziz Nərminə Nəcəfovaya Dünya Rəssamlar İttifaqının üzvlük vəsiqəsini təqdim edib.