“Salnaməfilm” studiyasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qarabağ” futbol klubu haqqında 4 seriyalı sənədli filmin istehsalına başlanılıb.

Studiyadan bildirilib ki, arxiv materiallarına istinad ediləcək filmdə Ağdamda “Qarabağ” futbol klubunun yaranması, Ağdamın işğalından sonra Bakıda fəaliyyəti, ölkə və Avropa miqyaslı yarışlarda iştirakı, qazandığı nailiyyətlər və s. əks olunacaq. Filmin ssenari müəllifi İsmayıl Səfərəli, rejissoru Fuad Quliyevdir.

Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov ötən ilin yekunlarına həsr olunmuş  mətbuat konfransında kino sahəsindən danışarkən 2022-ci ildə “Qarabağ” futbol klubundan bəhs edən sənədli filmin çəkiləcəyini bildirmişdi.