Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Kələkbaz canavar” tamaşası ilə Yeni ildə uşaqların görüşünə gəlib.

Teatrın aktyorlarının ifasında Keçi, Dovşan, Canavar, Tülkü, Ayı, Xoruz obrazları və başqa alleqorik personajların canlandırıldığı səhnə əsəri balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov, rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədov, musiqi tərtibatçısı Əli Məmmədovdur.

Səhnə işinin sonunda Şaxta baba və Qar qızın səhnədə görünməsi balacaların sevincinə sevinc qatıb.