Tanınmış yazıçı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Vidadi Babanlı “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev yanvarın 8-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Vidadi Babanlı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, bu günlərdə ədibin 95 yaşı tamam olub.
Vidadi Yusif oğlu Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində doğulub. Yazıçının “Vicdan susanda”, “Ana intiqamı”, “Ömürlük cəza”, “Gəlin”, “İnsaf nənə”, “Müqəddəs ocaq” və s. əsərləri oxucular tərəfindən maraqla qarşılanıb.