Antologiya iki dildə çap olunub
Ankarada Türkiyə və Azərbaycan şairlərinin şeirləri iki dildə - türk və ingilis dilində nəşr edilib. Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan bu kitab “Berikan” nəşriyyarında işıq üzü görüb.
Şeirləri ingilis dilinə tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirli çevirib. Antologiyanın tərtibçisi İLESAM-ın rəhbəri, şair-filosof Mehmet Nuri Parmaksızdır.
Antologiyaya ümumilikdə 100 şairin şeirləri daxil edilib. Azərbaycan şairlərindən Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Abbas Abdulla, Vahid Əziz, Musa Ələkbərli, Ramiz Qusarçaylı, Vaqif Bəhmənli və başqalarının Vətən haqqında şeirləri antologiyada yer alıb.