Azərbaycan Dövlət Yuğ Teatrı yanvar ayı üzrə repertuarını elan edib.

Teatrda yanvarın 15-də “Təklif” (A.Çexovun əsəri əsasında), 16-da “Vəsvəsə” (Henrik İbsen), 22-də isə “Mənəm, mən...” (İlqar Fəhmi) tamaşaları nümayiş olunacaq.

Bundan başqa, yanvarın 23-də “Quş dili” (Təranə Vahid) tamaşası, ayın 29-da isə “Təklif” növbəti dəfə göstəriləcək.

Qeyd edək ki, tamaşalar Azərbaycan Dövlət Kukla Teatrının binasının 2-ci mərtəbəsində yerləşən səhnədə nümayiş olunur.