Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının maraqlı səhnə əsərlərindən olan “Bir səbət tənhalıq” yanvar ayının repertuarında yer alıb.
Məcid Vahidzadənin eyniadlı pyesi əsasında hazırlanmış monotamaşa yanvarın 23-də sənət ocağının kiçik səhnəsində nümayiş etdiriləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.
Səhnə əsəri mənəvi tənhalıqdan, iki tənha qəlbin nəhayətdə bir-birini tapmasından bəhs edir.