Yanvarın 10-da “Auction Baku” MMC-nin təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə incəsənət əsərlərinin onlayn auksionu başlayıb.

Auksion ölkəmizdə mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyi gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə həyata keçirilir.

Onlayn auksionda 13 əl işi – Mikayıl Abdullayevin “Mənzərə”, Mahmud Rüstəmovun “Glamours genetics n-:2”, Rəşad Cabbarovun “Pişiklə söhbət”, Fərman Qulamovun “Dəniz yaxınlığında”, Bəhruz Kuulun “Cənnətdən bir parça”, Səmədağa Cəfərovun “Ağ çiçəklər”, Namiq Məmmədovun “Dua”, Həmzə Abdullayevin “Liman”, Bəxtiyar Yusufovun “Acı bibər”, Əliabbas Kərimovun “Gəmi”, Mirazər Abdullayevin “Sirr”, İlham Mirzəyevin “Ana məhəbbəti” və Vüqar Əlinin “Nəğmə” əsərləri hərraca çıxarılıb.

İncəsənət əsərlərinin onlayn auksionu 15 gün davam edəcək.

Lalə