Füzuli Dövlət Dram Teatrı (Horadiz qəsəbəsi) 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı poetik xalq faciəsini nümayiş etdirib. Səhnə işini Füzuli rayonunun mədəniyyət işçiləri izləyiblər.
Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və ədəbi hissə müdiri Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Səhnə əsərinin nümayişindən sonra 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimizi əks etdirən videoçarx nümayiş olunub və xatirə şəkli çəkdirilib.