Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Anar Sadıqov Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.
Teatrdan verilən məlumata görə, yanvarın 19-da Mədəniyyət Nazirliyi nümayəndələrinin iştirakı ilə Anar Sadıqov kollektivə təqdim edilib.
Teatrın direktoru Tofiq Heydərov tədbirdə çıxış edərək yeni baş rejissorun fəaliyyəti üçün hər cür dəstəyin göstəriləcəyini, yaradıcı kollektivin Anar Sadıqov kimi perspektivli gənclərə böyük ümid bəslədiyini bildirib. Anar Sadıqov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib.
2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini dram rejissoru ixtisası üzrə bitirən Anar Sadıqov Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, Akademik Milli Dram Teatrında çalışıb.