Koronavirusa görə iki həftə bağlı olacaq
Son günlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının əməkdaşları arasında COVİD-19 infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar profilaktik tədbirlərin görülməsi qərara alınıb. Yanvarın 23-dən fevralın 7-dək teatrın iş fəaliyyətini dayandırması haqqında qərar qəbul olunub.
Bu barədə məlumat verən teatrın mətbuat katibi Cavid Zeynallının sözlərinə görə, qeyd olunan tarixlərə təyin edilmiş tamaşa nümayişləri və məşqlər təxirə salınıb, teatrın inzibati binasına giriş fevralın7-dək məhdudlaşdırılıb. Həmin tarixlərdə nəzərdə tutulan tamaşalar fevralın 7-dən etibarən nümayiş olunacaq.