Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 2 fevral – Gənclər Günü münasibətilə “Azərbaycan gənclərinin davranış stereotiplərini istiqamətləndirən amillər” mövzusunda dəyirmi masa təşkil edilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirilməsindən bəhs edib. Bildirib ki, bu, Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramlarının həyata keçirilməsində özünü bir daha büruzə verir.
Tədbirdə Binəqədi rayonu Gənclər evinin nümayəndəsi, psixoloq Ofeliya Əliyeva, şair Fərid Hüseyn, “Hədəf“ nəşriyyatının icraçı direktoru Səbuhi Şahmursoy, yazıçı Ülviyyə Heydərova, Azərbaycan Dövlət Teatr Muzeyinin əməkdaşları Suğra Niftullayeva, Günay Teymurova, Əli Abuzərov mövzu ətrafında çıxış ediblər.