Qırğızıstanın Nazirlər Kabineti “Manas” Dövlət Teatrının yaradılması haqqında sərəncam verib. Mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azmat Jamankulov bu barədə mətbuat konfransında məlumat verib.

Nazirin dediyinə görə, “Manas” eposunun qorunması və təbliği, manasşünaslıq elminin inkişafı, eləcə də eposun əsas daşıyıcıları olan manasçıları (dastan söyləyənləri) dəstəkləmək məqsədilə belə bir sərəncam verilib. Jamankulov artıq bu il teatr tərəfindən “Manas” eposunun yeni səhnə quruluşunun tamaşaçılara təqdim ediləcəyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov müvafiq nazirliyə incəsənətin qorunması və inkişafı məqsədilə “Manas”, həmçinin digər dastan və eposların geniş təbliği üçün şərait yaratmağı tövsiyə etmişdi.

Gülcahan