Pislərin pisi

 

Amerikada ənənəvi olaraq “Oskar” mərasimindən bir gün əvvəl verilən və ən uğursuz film, rejissor, aktyor və s. üçün nəzərdə tutulan “Qızıl moruq” mükafatının da  namizədlərinin siyahısı açıqlanıb.

Bu dəfə “pislərin pisi” (təbii ki, kinomanların deyil, münsiflərin rəyinə görə) adına “iddiaçılar” arasında məşhur aktyor Bryus Villis, Skott İstvud, Ben Afflek, aktrisa Emi Adams, rejissorlar Kristofer Eşli (Diana: müzikl), Stiven Çboski (“Əziz Evan Hansen”) və başqaları var.