Almaniyanın Köln şəhərində rejissor Elmar İmanovun “Mövsümün sonu” filminin nümayişi olub.

Fevralın 8-də gerçəkləşən təqdimata Mədəniyyət Nazirliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə filmin aktyor heyəti də qatılıb.

Bu barədə Əməkdar artist Rasim Cəfər məlumat verib. Bildirib ki, filmin nümayişindən sonra tamaşaçılar film haqqında fikirlərini bölüşüblər: “Bu,  Azərbaycan kinosunu təmsil edən bir aktyor kimi məni həm sevindirdi, həm qürurlandırdı...”.

Qeyd edək ki, “Mövsümün sonu” filmi Almaniyanın müxtəlif şəhərlərinin kinoteatrlarında təqdim olunacaq. Növbəti nümayiş Berlində baş tutacaq.

Lalə