Bu yay Tatarıstanın Əlmət (Аlmetyevsk) şəhərində skrinlayf formatlı filmlərin beynəlxalq festivalı keçiriləcək. Bu barədə kinorejissor Timur Bekmambetov “Skrinlayf: yeni kino dilinin axtarışında” kitabının təqdimat mərasimində məlumat verib.
Skrinlayf (screen life – ekranda həyat) bütün hadisələr və təsvir kompüter, planşet, yaxud smartfon ekranının çərçivəsinə sığan film – kino nəqli formatıdır. Bu formatı Rusiyada daha çox populyarlaşdıran isə rejissor-prodüser Timur Bekmambetovdur.
Kino forumu barədə danışan rejissor deyib: “Biz zənn edirdik ki, bu festival ya Silikon vadisində, ya da hardasa, yəni uzaqlarda baş tutacaq. Amma elə oldu ki, bizim təklifimizə Tatarıstandakı neft şirkətləri birinci səs verdilər...”.
Bekmambetovun dediyinə görə, bu tədbir bütün dünyadan skrinlayf formatında film yaradıcılarını bir araya gətirməlidir. Təxminən iyul ayına nəzərdə tutulan festivalda film nümayişi ilə yanaşı dəyirmi masanın keçirilməsi də planlaşdırılır.
Gülcahan