AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları Xalq artisti Yaşar Nurinin vaxtilə yaşadığı evdə olublar.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva ilə söhbətdən sonra sənətkarın şəxsi əşyaları muzey əməkdaşlarına təqdim olunub.

Təqdim edilən materiallar arasında görkəmli aktyorun təltif olunduğu “Humay” mükafatı, “Simurq” milli mükafatının diplomu, Yaşar Nurinin uzun illər çalışdığı Akademik Milli Dram Teatrının vəsiqəsi, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin vəsiqəsi, yubiley dəvətnamələri, müxtəlif film və tamaşalarda rol aldığı səhnələrdən çəkilmiş şəkillər yer alır.

Sənətkarın şəxsi əşyaları muzeyin Sənədli mənbələr elmi fond şöbəsinin müdiri Esmira Rəhimova və şöbənin əməkdaşı Nərmin Bağırova vasitəsilə muzeyə verilib.