Qarabağ qazisi Ayaz Məmmədovun “Ünvansız məktub” xatirə povesti “Yeni poliqrafist” nəşriyyatında çapdan çıxıb.
Qarabağ döyüşlərinə həsr olunmuş əsərdə müəllif keçdiyi döyüş yollarına nəzər salır, cəbhədə baş vermiş hadisələri, keçirdiyi hissləri, təəssüratlarını oxucularla bölüşür.
Kitabın annotasiyasında qeyd olunur ki, xatirə-povesti döyüşdə olan bir əsgərin gündəliyi kimi də təsnif etmək olar: “Ünvansız məktub”u həyəcansız oxumaq olmur və onu oxuyarkən müharibənin dəhşətli mənzərələrinin, dağıntılarının, düşmənin işğalçılıq siyasətinin şahidi olur, eyni zamanda igid əsgərlərimizin şücaəti, qorxmazlığı, Vətən sevgisi ilə tanış olaraq qürurlanırıq...”.
Kitabın tərtibçisi və məsləhətçisi AYB-nin katibi, yazıçı-dramaturq Elçin Hüseynbəyli, redaktoru yazıçı Narıngül Nadir, rəssamı Ədalət Həsəndir.